Güləşçilərin tibbi-reabilitasiya təminatı gücləndirilir

Güləşçilərin tibbi-reabilitasiya təminatı gücləndirilir

Güləş üzrə milli komandalara cəlb edilmiş fizioterapistlərin iştirakı ilə növbəti görüş təşkil olunub.

Allsport.az xəbər verir ki, praktiki seminar formatında keçirilən tədbirdə idman tibbi və reabilitasiya mərkəzi üçün alınmış müasir tibbi avadanlıqlar təqdim edilib.

İştirakçılara avadanlıqların təyinatı, istifadə qaydaları və tətbiq imkanları barədə ətraflı məlumat verilib. Fizioterapistlər yeni avadanlıqlarla yaxından tanış olub, onların praktik istifadəsi ilə bağlı bilik və bacarıqlarını təkmilləşdiriblər.

Proqram milli komandaların tibbi-reabilitasiya təminatının gücləndirilməsinə, idman fizioterapiyası sahəsində mütəxəssislərin hazırlanmasına və idmançıların sağlamlığının qorunmasına xidmət edir.

Həmin kateqoriyadan