Yığmamız Gürcüstanda çempion olub

Yığmamız Gürcüstanda çempion olub

Yunan-Roma güləşi üzrə U-17 Azərbaycan millisi Gürcüstanda keçirilən beynəlxalq yarışın qalibi olub.

Allsport.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanı təmsil edən 10 komandanın qatıldığı turnirdə yığmamız böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.

Millimiz yarış ərzində keçirdiyi beş görüşün hamısında qələbə qazanıb. Güləşçilərimiz ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, Gürcüstanın Batumi komandalarını, yarımfinalda isə təşkilatçı ölkənin yığmasını məğlub ediblər.

Finalda Acarıstan komandası ilə qarşılaşan millimizin görüşü 5:5 hesabı ilə başa çatıb. Təmiz qələbələrin sayında üstün olan Azərbaycan yığması çempionluq kubokuna sahib çıxıb.

Millimizin heyətində Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) yer alıblar.

Həmin kateqoriyadan