“Məşqçilər heyəti bütün iradları qəbul edir”

“Məşqçilər heyəti bütün iradları qəbul edir”

Qazaxıstan paytaxtında güləş üzrə dünya çempionatı sona yetdi. “Barıs arena”da son günlərdə meydan “sərbəstlər”ə verildi. Təəssüf ki, “klassiklər”lə müqayisədə onların nəticəsi zəif oldu və millimiz yarışı 1 gümüş və 2 bürünc medalla başa vurdu. Baş məşqçi Xetaq Qazyumov tağımın çıxışını Allsport.az saytına belə dəyərləndirdi:

“Sizinlə görüşdən öncə rəhbərliklə iclas oldu. Onlar nəticə barədə danışdılar, öz fikirlərini və iradlarını bildirdilər, uşaqların bunca güləşməsindın narazı qaldılar. Məşqçilər heyəti bütün deyilənləri qəbul edir. Biz tam əksini göstərməli idik. Bütün nöqsanları anlayırıq. Söylənilən həmin səhvləri gələcəkdə aradan qaldırmağa çalışacağıq. Hesab edirəm ki, hər şey ədalətlidir.

AGF rəhbərliyi bizə bütün mümkün yüksək şəraiti yaradıb. İl ərzində çoxlu təlim-məşq toplanışları keçirdik. Amma bunun əvəzini bu dünya çempionatında verə bilmədik. Biz daha çox və daha yüksək əyarlı medallar gözləyirdik. Həlledici qarşılaşmalarda yaxşı fürsətləri qaçırdıq.

Belə çox yaxşı hazırlaşmışdıq və gözləntilər böyük idi. Nəticəyə görə kimsə məsuliyyəti öz üzərinə götürməlidir. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Azərbaycan azarkeşlərindən çox üzr istəyirəm. Gələcəkdə daha çox işləyəcəyik. Hər çəkidə ehtiyat qüvvəmiz var. Son dövrdə təcrübəlilərə yenə fürsət verdik.

Amma həmin idmançılar özlərini doğrultmadılar. Artıq onları səfərə aparmağın mənası yoxdur. Yeni gənclərə imkan vermək zamanıdır. Bizə sonadək mübarizə aparan idmançı lazımdır. Bəzi uşaqlar çox zəif təsir bağışladılar. Əlimizdən gələni edirik və edəcəyik. Amma döşəkdə hər idmançı özünə cavabdehdir.

Bəzi çəkiləndə dəyişikliklər olacaq. Əli Sokayev 92-dən 97 kq-ma, Kənan Heybıtovu 70-dən 74 kq-ma və Nürəddin Novruzovu ya 61-dən 57 kq-ma düşməsini, ya da 65 kq-ma qalxmasını nəzərdən keçiririk. Gələn il olimpiadasında ərəfəsidir. Bütün diqqəti oyunlara kökləyəcəyik”.

Kamran HACI, Astana

Həmin kateqoriyadan