- Baxış sayı: 55
- 22 Mart 2026 10:25
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycanda idman tədbirləri iyunun 1-dən sonra bərpa edilə bilər. Allsport.az xəbər verir ki, bu barədə TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı bildirib.
O, nazirlər kabineti yanında operativ qərargahın brifinqində məlumat verib:
“İyunun 1-dən sonra ticarət mərkəzlərinin və rayonlara gediş-gəlişin açılması müzakirə olunacaq. İdman tədbirləri üçün iyunun 1-dən icazənin verilməsi gündəmdədir. Yaxın günlərdə bununla bağlı qərar açıqlanacaq”.