- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, psixoloq Maksim Kvasov, İtaliyanın Turin şəhərində keçirilən ATP final turnirində Danil Medvedevə qarşı keçirilən oyunda Andrey Rublevin emosional davranışını şərh edib:
“Bu, ilk növbədə, insanın oyunun müəyyən anlarında yaranan stress və neyro-psixik oyanış səviyyəsinin öhdəsindən gələ bilmədiyindən xəbər verir. Aydındır ki, idmançı üçün oyun nə qədər əhəmiyyətlidirsə, onun özünə qarşı tələbləri də bir o qədər yüksəkdir. Əgər bu və ya digər səbəbdən bu tələblərə cavab vermirsə – nəsə səhv gedir, oyun planı dağılır – o zaman məyusluq hissi yaranır. İdmançı gözləntiləri doğrulmadığı üçün mənfi emosiyalar yaşayır. İdealla real arasındakı fərq nə qədər yüksəkdirsə, o, bunu bir o qədər ağrılı hiss edir”.