- Baxış sayı: 40
- 24 Aprel 2025 10:12
- Baxış sayı: 73
- Aprel 25, 2025
- 0
Milli idman brendi “İl’Azero”nun yeni geyim dəstləri nəfisliyi, görünüşü, tərtibatı və elastikliyi ilə diqqət çəkir. Allsport.az saytının məlumatına görə, Polşada istehsal olunub gətirilən təzə çeşidlər tanınmış idmançıların əynində mükəmməl qalır.
Şirkətin təsisçisi və sahibi, tanınmış voleybol meneceri İlqar İmamquliyevin son layihəsi həm də sosial yönlüdür. Başqa sözlə, yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr edilib.