- Baxış sayı: 50
- 22 Mart 2026 14:21
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan tennis və padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze International Padel
Cup” seriyasında ikinci turnirə yekun vurulub.
Allsport.az xəbər verir ki, padel tennis üzrə beynəlxalq yarışın mükafatlandırma mərasimində qurumun vitse-prezidenti Mehman Qocayev çıxış edərək turnirin əhəmiyyətini yüksək qiymətləndirib və medalçıları təbrik edib. İtaliyadan olan Rikkardo Sinikropi və Culio Qraziotti cütü çempion olub. Onlar ispaniyalı idmançılardan Adrian Rodriqezlə Hektor Vaskesə qalib gəliblər – 6:7, 7:5 və 6:2. Azərbaycanlı tennisçilər Tamerlan Əzizovla Yusif Rzayev isə 3-cü yer uğrunda dueldə millimizin digər üzvləri Rəsul Qocayev və Kənan Qasımova qalib gəliblər – 6:3, 6:4. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliya idmançıları da iştirak ediblər. Turnirin əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.