- Baxış sayı: 100
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Qadın sablyaçılarımız İtaliyanın Milan şəhərində qılıncoynatma üzrə dünya çempionatında komanda yarışında 5-ci olub.
Allsport.az saytı xəbər verir, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviç yarımfinala uğrunda görüşdə Koreya Respublikasına 43:45 uduzub.
Millimiz 5-8-ci yerlər üçün qarşılaşmad Yunanıstana (45:42) və Yaponiya seçməsinə (45:44) qalib gələrək, Paris-2024 yay olimpiya oyunlarına reytinq xallarını artırıblar.