Lorenso Sotomayor kubalı həmyerlisinə qalib gəldi, əvvəlcədən 3-cü yeri özünə təmin etdi
17 avqust 2016 / 10:00 Baxış sayı: 1174 Rio-2016-da boksçuların 1/4 final döyüşləri davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün gecə saatlarında millimizin üzvü Lorenso Sotomayor (64 kq) kubalı həmyerlisi Yasne Toledo ilə qarşılaşıb. Hər 3 raudda üstün olan rinq ustamız yarımfinala adlayıb, ən azı, 3-cü yeri özünə təmin edib.