“Məni məğlub etmək üçün ən yaxşı tennisi oynamalı olduqlarını hiss etsinlər”

Allsport.az xəbər verir ki, serbiyalı tennisçi Novak Cokoviç gənc tenniçlilərlə rəqabətdən danışıb:

“Mən istəyirəm ki, onlar məni məğlub etmək üçün ən yaxşı tennisi oynamalı olduqlarını hiss etsinlər. İstəyirəm ki, onlar bunu dərk etsinlər, çünki bu, matçlardan əvvəl zehni olaraq kömək edir.
Nə qədər çox qalib gəlsəm, bu aura bir o qədər güclü olur. Və mən buna şadam, buna heç bir şübhəm yoxdur. Əlbəttə ki, yalnız bunu etməklə matçları qazana bilməyəcəksiniz, lakin bu sizə bir az üstünlük verə bilər.

Həmin kateqoriyadan