- Baxış sayı: 71
- 01 Dekabr 2025 15:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Qazaxıstanın bir nömrəli tennisçisi Aleksandr Bublik İstburnda (Böyük Britaniya) keçirilən ATP-250 turnirindən imtina edib.
Allsport.az xəbər verir ki, dünyanın 30 nömrəli tennisçisinin turnirdəki yerini ilk mərhələdə argentinalı Fransisko Komezanya ilə qarşılaşacaq amerikalı Censon Bruksbi tutacaq.
Ötən həftə Almaniyanın Halle şəhərində keçirilən turnirin (ATP-500) qalibi Bublik dünya reytinqinin lideri italiyalı Yannik Sinneri, rusiyalı Karen Xaçanovu, finalda isə Rusiyanın bir nömrəli tennisçisi Daniil Medvedevi məğlub edərək qalib olub.