YENİLƏNİB
Rio-2016-da Milad Hərçəqani 3-cü, Fəridə Əzizova 5-ci oldu

Rio-2016-da taekvondo yarışı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 2 üzvü dayanqa çıxıb. Kişilərin mübarizəsində Milad Beiqi Hərçəqani (80 kq) 1/8 finalda malili İsmael Koulibaliyə 13:5 hesabı ilə qalib gəlib. İdmançımız növbəti döyüşdə Mehdi Xodabaxşı (İran) ilə üz-üzə gəlib. Gərgin mübarizədə taekvondoçumuz dünya çempionunu 17:5 məğlub edib. Dünya kubokunun sahibi yarımfinalda Lutalo Məhəmmədlə (Böyük Britaniyalı) qarşılaşıb. Bu görüşdən rəqib qalib ayrılıb – 13:7. 3-cü yer uğrunda görüşdə polşalı Pyotr Pazinski üzərində inamlı (12:0) qələbə qazanan son Avropa çempionumuz, Rio-2016-nı medalla tərk edir.

Qadınların mücadiləsində Fəridə Əzizova (67 kq)  1/8 finalda Peyc Makfersonla (ABŞ) üz-üzə gəlib. Bu döyüşdə təmsilçimiz hesabda 1:4 geridə olmasına rəğmən, xarakter göstərərək vəziyyəti xeyrinə dəyişib – 6:5. O, dünya və Avropa çempionatlarının bürünc mükafatçısı üzərində parlaq qələbənin davamını Nigar Dursunqulova (Özbəkistan) ilə görüşdə də gətirib – 5:1. Yarımfinalda koreyalı Hyeri Ohla gərgin mübarizə rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 6:5. ürünc medal üçün qarşılaşmada o, Afrika çempionatının qalibi, kot-divuarlı Gbagbi Kristelle Rus Marieyə 1:7 hesabı ilə məğlub olub, 5-ci olub.

Qeyd edək ki, okeanın o tayına tam heyətlə yollanan millimizdən Patimat Abakarova (49 kq) bürünc medal qazanıb. Yığmamızın digər üzvü Radik İsayev (+80 kq) isə sabah rəqabətə qoşulacaq.

Həmin kateqoriyadan