Milad Hərçəqani: Qızıl medal qazanmamağımın səbəbini təcrübəmin azlığı ilə əlaqələndirirəm

Azərbaycan taekvondo millisinin üzvü Milad Beigi Hərçəqani Rio-2016-nın həlledici görüşündə Polşa idmançısı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək, komandamıza növbəti olimpiya medal qazandırdı. Allsport.az saytı xəbər verir ki, bürün mükafatçımız förüşdən sonra, “İdman” qəzetinə müsahibə verib:

– Medal qazandığım üçün şadam. İstərdim qızıl medal qazanım. Fiziki cəhətdən hazır idim. Yəqin, təcrübəm az oldu, səhvə yol verdim. Tam isinməmiş döyüşə başladım. Bəlkə də, qızıl medal mənim qismətim deyilmiş.

-Dörddəbir finalda qalib gəldiyin həmyerlin – İranlı döyüşçü ilə əvvəllər qarşılaşmışdınmı?
– Bəli iki dəfə qarşılaşmışdım. Birində mən udmuşdum, digərində isə o. Bu üçüncü döyüşümüz idi.

– Yəqin ki, bundan sonra da ölkəmizin şərəfini qorumağa davam etdirəcəksən.
– Əlbəttə, Azərbaycan məni qəbul etsə niyə də olmasın. Mən artıq Azərbaycan idmançısıyam və məmnuniyyətlə karyeramı Azərbaycan bayrağı altında davam etdirəcəyəm.

Həmin kateqoriyadan