- Baxış sayı: 45
- 21 Noyabr 2024 15:34
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Amerikalı tennisçi Brendon Nakaşima Indian-Uells Masters(BNP) turnirinin ikinci turunda rusiyalı Daniil Medvedyevlə görüşündən danışıb.
Allsport.az xəbər verir ki, “Şübhəsiz ki, çətin matç olacaq. Bilirsiniz ki, o, uzun müddətdir ki, zirvədədir. Mən həmişə onun televizorda oynadığı oyuna baxmaqdan həzz almışam, ona görə də oyundan əvvəl çox həyəcanlıyam. Bu matça getməklə itirəcək heç nəyim yoxdur, ona görə də sadəcə əylənməyə, oyunumu oynamağa və əlimdən gələni etməyə çalışacağam” deyib.
Qeyd edək ki, Nakaşima dünya cədvəlində 48-ci, Daniil Medvedyev isə 6-cı sıradadır.
Brendon Nakaşima ilk raundda həmyerlisi Con İsnerə 7:6 (9:7), 6:2 hesabı ilə qalib gəlib. Daniil Medvedev bu turnirə ikinci mərhələdən başlayır. Nakaşima – Medvedev matçı martın 10-da baş tutacaq.