Nazir qılıncoynatma federasiyasının fəaliyyəti ilə maraqlanıb

Gənclər və idman naziri Fərid Qayıbov, noyabrın 13-də Azərbaycan qılıncoynatma federasiyasının fəaliyyəti ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, millinin üzvləri ilə görüşən nazir, onların məşqlərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

AQF-in baş katibi Vasif Məmmədov nazirə federasiyanın fəaliyyəti, gənc idmançılarla hazırlığı prosesi, qarşıdakı yarışlara hazırlıq və gələcək planlar barədə məlumat verib. Mütəxəsisslərlə müzakirələr aparan nazir Fərid Qayıbov qeyd olunan məsələlərlə bağlı öz tövsiyələrini verib.

Görüşdə AQF-in icraiyyə komitəsinin üzvü Balakişi Qasımov, şpaqa üzrə millinin baş məşqçisi Sudef Quliyev iştirak ediblər.

Həmin kateqoriyadan

azenrutr