- Baxış sayı: 51
- 22 Mart 2026 14:21
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Bakı tennis akademiyasında kişilərin “Devis kuboku”na start verilib. Allsport.az saytı xəbər verir ki, ilk dəfə təşkil edilən Avropa qrup oyunlarında 7 ölkə təmsil olunur. Yarış iyulun 30-dək davam edəcək.
“A” qrupunda San Marino, İslandiya, Albaniya, “B” qrupunda isə Malta, Andorra, Azərbaycan və Kosova mübarizə aparır. Qrup qalibləri pley-ofda qarşılaşacaqlar.
Bu gün yarışı gənclər və idman naziri Fərid Qayıbov da izləyib. Oyundan öncə o, akademiyasının vəziyyəti ilə tanış olub, burada idmançıların məşq şəraiti ilə maraqlanıb.