- Baxış sayı: 43
- 18 Noyabr 2024 10:00
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Yeniyetmə qılıncoynadanlar arasında Azərbaycan birinciliyi sona yetib. Allsport.az saytı xəbər verir ki, AQF-in zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya növlərində bacarıqlarını nümayiş etdiriblər.
“Neftçi İdman Klubu”nun təmsilçiləri bu yarışda da fərqləniblər. İctimai birliyin sablyaçıları 2-si gümüş və 3-ü bürünc olmaqla, 5 medala yiyələniblər. Oğlanlar arasında Murad Hüseynov gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüblər.
Xanım sablyaçıların yarışında Ayla Muradzadə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sara Aydəmirova və Ləman Əhmədova isə ölkə birinciliyini üçüncü yerdə başa vurublar.