- Baxış sayı: 59
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 117
- Aprel 23, 2025
- 0
Bu gün Fransanın Orlean şəhərində Avropa klubları arasında komanda yarışı keçirilib. AQF-in 1-ci vitse-prezideni Yaşar Məmmədovun allsport.az saytına verdiyi xəbərə görə, bu rəqabətdə ölkəmizi «Neftçi» İdman Klubunun sablyaçıları – Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük təmsil edib.
1/4 finalda İngiltərə «London»una 45:31 qalib gələn qızlarımız, yarımfinalda Polşa «Varşava»sına 40:45 uduzublar. 5000 tamaşaçının izlədiyi arenada «neftçilər» Parisin «Metro» klubu ilə birgə bürünc medala sahib çıxıb.
Gələn ilk keçiriləcək eyni yarışda bu rəqabətdə yarımfinala adlayan komandaların bütün xərclərini təşkilatçı ölkə çəkəcək.