Niyaməddin Paşayev: Tokio olimpiadasına əlavə lisenziya qazanmaq imkanımız var

Taekvondo federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev strategiyanı açıqlayıb. Allsport.az saytı xəbər verir ki, MDB-nin ilk dünya çempionu hədəflərin yenə böyük olduğunu qeyd edib:

”2019-cu ildə federasiyamızın idmançıları rəsmi yarışlardan 30 medal, para-taekvondo yarışlarından isə 4 medal əldə edib. Qarşıda bizi möhtəbər yarışlar gözləyir. Belə ki, yeniyetmələrin Avropa birinciliyi və gənclərin Dünya birinciliyi kimi yarışlarımız var.

Bildiyiniz kimi, bu il bizi olimpiadaya əlavə lisenziya qazanmağımız üçün imkanlarımız da var. Hansı ki, bu yarışda para-taekvondoçularımız da beş idmançı ilə qatılacaq.

Fikrimcə, idmançılarımz bu şansdan yararlanmağa çalışacaqlar. Bütün məşqçi-müəllimlər və idmançılara bol şanslar və uğurlar arzulayıram”.

Həmin kateqoriyadan