- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Klubdan sənədlərimi vermirlər»
«Bakı» klubunun gənc yarımmüdafiəçisi Nurlan Novruzovu bir neçə Premyer liqa klubu heyətində görmək istəyir. 19 yaşlı futbolçu özü də «zolaqlılar»ı tərk etməkdə maraqlıdır. Allsport.az saytına müsahibəsində bildirib ki, məqsədi yaxın gələcəkdə ölkə xaricində çıxış edib, oyun səviyyəsini bir qədər də yüksəltməkdir:
– Türkiyənin 1-ci liqasından bir neçə komanda mənimlə maraqlanır. Onları Superliqaya vəsiqə qazanmağa iddialıdırlar. Həmin klublar məni öz heyətlərində görməkdə israrlıdırlar. Hələ tələsmirəm, gözləyirəm.
– Demək, mövsümün bitməsini gözləyirsən?
– Bəli. Həmin komandalardan hansısa yayda yüksək dəstəyə çıxarsa, onda transfer barəsində söhbət gedə bilər. Onlara belə də söyləmişəm.
– Bu arada, səninlə yerli klublar da maraqlanır. Qərarın nə olacaq?
– Çox güman, qışda fasiləsində «Bakı»da qalmayacağam. Dəqiq bir qərar verməliyəm. Bir az fikirləşməliyəm.
– Dünən «Bakı» klubu məşqləri bərpa edib. Amma sən komandanın yeni ildə ilk hazırlığına qatılmamısan.
– Bəli. Bu doğrudur. Atam icazə vermir. Onun sözündən çıxa bilmərəm. Bundan sonra da məşqlərdə iştirak etməyəcəyəm. Evdə istirahət edirəm. Atam uşaq deyil. Onun 60 yaşı var. Ona orada vəd verir, amma sonradan sözü yerinə yetirmirlər. Problem maliyyədə deyil. Klubdan sənədlərimi vermirlər. Sənədsiz hansı klubda oynaya bilrəm? Valideynim çox hirslənib. O, menecerlərlə də əlaqə qurmağımı yasaqlayıb.