- Baxış sayı: 113
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyi Tokioda keçiriləcək XXXII yay olimpiya və XVI yay paralimpiya oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının yenilənmiş siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, indiyədək idmançılarımız olimpiadaya 30, paralimpiadaya isə 18 lisenziya qazanıblar.
Olimpiya Oyunlarına ən çox lisenziyanı güləşçilərimiz əldə ediblər. Pəhləvanlarımızdan 7 nəfər – Mariya Stadnik (50 kq), Elis Manolova (68 kq), sərbəst güləşçilərimizdən Hacı Əliyev (65), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) Tokio-2020-yə lisenziya qazanıblar.
Gimnastlarımız olimpiya oyunlarına 4 lisenziya əldə ediblər. Bədii gimnastlarımızdan Zöhrə Ağamirova (çoxnövçülük), Azərbaycanın qrup hərəkətləri komandası (qrup-çoxnövçülük), Marina Nekrasova və İqor Tixonov (idman gimnastikası, çoxnövçülük) bu lisenziyaları komandamızın aktivinə yazıblar.
Boksçularımızdan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominges (81 kq), Məhəmməd Abdullayev (+91 kq) olimpiadada iştirak edəcəklər.
Olimpiadaya digər lisenziyaları karateçilər Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq), Firdovsi Fərzəliyev (67 kq), atletlər Anna Skidan (çəkicatma) və Nazim Babayev (üçtəkanla tullanma), üzgüçü Maksim Şemberev (400 m, qarışıq), taekvondoçular Milad Beigi Hərçəqani (80 kq) və Fəridə Əzizova (80 kq), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma), badmintonçu Edi Reski Dviçayo, qılıncoynadanlardan Anna Başta (sablya), ağırlıqqaldırma üzrə Əliş Nəzərov, triatlon üzrə Rostislav Pevtsov və şose velosipedi üzrə Azərbaycan komandası qazanıblar.
XV Yay paralimpiya oyunlarına isə ən çox lisenziyanı atletika üzrə idmançılarımız qazanıblar. Oloxan Musayev (lövhəatma), Samir Nəbiyev, Elvin Astanov (nüvəitələmə), Kamil Əliyev, Səid Nəcəfzadə (uzunluğa tullanma), Elmir Cəbrayılov, Yelena Çebanu (qacış), Həmid Heydərli (nizəatma) lisenziyaya sahib olublar.
Parataekvondoçularımızdan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (58 kq), İmaməddin Xəlilov (61) və Əbülfəz Abuzərli (75 kq) Paralimpiadanın taekvondo yarışlarında mübarizə aparacaqlar.
Digər atletlərimizdən isə Paralimpiadaya lisenziyaya üzgüçülərdən Raman Salei (100 m arxasıüstə), Dana Sandıbina və Vəli İsrafilov, atıcılarımızdan Yelena Taranova (25 m), Kamran Zeynalov (50 m) və pauerliftinqçi Elşən Hüseynov (+107 kq) sahib olublar.