- Baxış sayı: 58
- 03 Fevral 2026 14:21
- Baxış sayı: 155
- Fevral 04, 2026
- 0
“Urucya” idman arenasında boks yarışı davam edir. Allsport.az saytı xəbər verir ki, bizdən rinqə çıxan 3 idmançıdan 1-i sevinib. Rüfət Hüseynovun (49 kq) debütü uğurlu olub. O, israilli David Alaverdiyanı 4:0 üstələyib.
Mübarizəyə 1/16 finalda başlayan Bəxtiyar Qazıbəyov (64 kq) niderlandlı Enriko Lakruza uduzub. Olimpiya mükafatçısı Kamran Şahsuvarlı (75 kq) irlandiyalı Maykl Nevinə məğlub olaraq Avropa oyunları ilə vidalaşıb.