- Baxış sayı: 33
- 22 Aprel 2025 16:39
- Baxış sayı: 350
- Aprel 22, 2025
- 0
Azərbaycan milli olimpiya və paralimpiya komitələri arasında Tokio-2020 olimpiya və paralimpiya oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb. Allsport.az xəbər verir ki, memorandumu milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov imzalayıblar.
Azərbaycanın olimpiya və paralimpiya tarixində ilk dəfə baş tutan belə bir rəsmi əməkdaşlıq əsasən Tokio-2020-nin olimpiada və paralimpiadada ölkəmizi təmsil edəcək komandaların birgə təbliğinə və təşviqinə xidmət edir.
Memoranduma əsasən, marketinq, sosial media, könüllülük xidməti, komandalar üçün vahid idman geyim dəstinin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulur.