- Baxış sayı: 46
- 18 Mart 2025 20:25
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Şüvəlan qəsəbəsindəki ağırlıqqaldırma mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun təntənəli açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan ağırlıqqaldırma federasiyasının vitse-prezidenti Firdovsi Umudov ölkəmizdə idmanın inkişafından danışıb.
O, idmana dövlət tərəfindən ən yüksək səviyyədə – cənab prezident İlham Əliyev və nirinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib.
Bildirilib ki, məhz bu diqqətin sayəsində idmançılarımız beynəlxalq arenalarda bayrağımızı fəxrlə dalğalandırır, zirvələri fəth edirlər.