- Baxış sayı: 38
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 75
- Aprel 09, 2025
- 0
Azərbaycan Texniki Universitetinin idman sarayında qılıncoynatma üzrə ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 73 idmançı sablya, rapira və şpaqada mübarizə aparıblar.
Adı ilk çəkilən növdə kişilərdə Abdulla Həsənov, qadınlarda Sevil Bünyatova qızıl medal qazanıblar.
Rahim Əmirov və Məhin Məlikova rapirada fərqləniblər. Şpaqada Barat Quliyev ilə Elmira Xudaverdiyeva hamıdan güclü olublar.
Çempionatın qalibləri AQF tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.