- Baxış sayı: 226
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Texniki universitetin idman zalında qılıncoynatma üzrə ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 90 idmançı mübarizə aparıb.
Kişi sablyaçılarda Abdulla Həsənov fəxrü kürsünün ən yüksək pilləsinə qalxıb. Rapirada Cavanşir Ağakişiyev bütün rəqiblərinə qalib gəlib. Şpaqa növündə Barat Quliyev fərqlənib.
Sablyaçı qadınlarda Sevil Bünyatova 1-ci olub. Rapira və şpaqada Elmira Xudaverdiyeva qızıl medal qazanıb. Qaliblər diplom və medallarla təltif olunublar.