Oqtay Əsədov yenidən tennis federasiyanın prezidenti seçilib

Avqustun 31-də gənclər və idman nazirliyinin inzibati binasında tennis federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, iştirakçıları salamlayan nazir Fərid Qayıbov, onlara uğurlar arzulayıb.

Federasiya prezidenti Oqtay Əsədov çıxış edərək, təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib. Sonra, ATF-in hesabatı dinlənilib yeni seçki keçirilib və o yenidən növbəti müddətə rəhbər seçilib.

Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı idarə heyətinə üzv seçiliblər.

Həmin kateqoriyadan