- Baxış sayı: 53
- 31 Mart 2025 20:32
- Baxış sayı: 40
- Aprel 04, 2025
- 0
Daşkənddə gənc qılıncoynadanların dünya kubokunun mərhələ yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, sablyaçıların şəxsi yarışında Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov qrup mərhələsini 2 qələbə ilə başa vurublar. Adı ilk 2 çəkilən təmsilçimiz pley-ofa yüksəlməyi bacarıblar.
Sablyaçılarımız komanda yarışında Səudiyyə Ərəbistanını təmsil edən seçmə kollektivə 42:45 hesabı ilə uduzublar.
Şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev birbaşa ən güclü 64-lüyə yüksəlib. O bu mərhələdə ukraynalı Roman Samoilova 8:15 hesabı ilə uduzub.
Qrup mərhələsini 2 qələbə ilə başa vuran Kənan Məlikzadə isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli İan Hauriyə 9:15 hesabı ilə məğlub olub. Qrupda 2 qələbəsi olan Fuad Qurbanov isə pley-offa yüksələ bilməyib.
Gənc şpaqaçılarımız komanda yarışında Səudiyyə Ərəbistanını təmsil edən seçmə kollektivə 22:45 hesabı ilə uduzublar.