- Baxış sayı: 41
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Bu gün Rio Yay Olimpiya Oyunlarında taekvondoçular mübarizəyə başlayıblar. Allsport.az saytı xəbər verir ki, Patimat Abakarova (49 kq) 1/8 finalda serbiyalı Tiyana Boqdanoviçlə qarşılaşıb. Onun debüt görüşü uğursuz olub. Rəqibinə 2:3 yenilən idmançımız qızıl medal qazanmaq şansını itirib.
Slavyan idmançı finala kimi irəlilədiyinə görə, yeni qaydaya əsasən Patimat təsəlliverici görüşlərdə iştirak etmək hüququna yiyələnib.Burada o, əzmkarlıq göstərib. Öncə son 2-qat olimpiya çempionu çinli Jinqyu Vu sıradan çıxarıb – 4:3.
3-cü yer üçün görüşdə dayanq ustamız fransalı Yasəmən Əzizə ilə görüşüb. Rəqibinə tutarlı zərbələr vuran Abakarova 7:2 hesabı ilə qalib gələrək, bürünc medal qazanıb. Bu, Azərbaycan taekvonsu tarixində ilk mükafatımız olub.