- Baxış sayı: 57
- 13 Aprel 2026 11:07
- Baxış sayı: 31
- Aprel 16, 2026
- 0

Azərbaycan kanoe və avarçəkmə federasiyası (AKAF) ilə Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib.
Allsport.az xəbər verir ki, iyunun 24-də Xəzər dənizində baş tutan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan 80 nəfərə yaxın idmançı mübarizə aparıb.
Yeniyetmə və gənclərdən ibarət yarış iştirakçıları avarçəkmənin akademik, kayak, kanoe növlərində 200, 500 m məsafədə güclərini sınayıblar. Qalib idmançılar diplom və medallarla mükafatlandırılıblar.