Cəfərov fəxri kürsünün zirvəsində

Azərbaycanın yüksələn motorsport istedadı, 16 yaşlı Davin Cəfərov beynəlxalq səhnədə göstəricisini və yüksək rəqabət qabiliyyətini bir daha nümayiş etdirib. Allsport.az saytı xəbər verir ki, Formula-4 üzrə uğurla keçdiyi iki test sessiyasından sonra o, yarış ritmini qorumaq və formasını yüksək səviyyədə saxlamaq məqsədilə Portuqaliyada, Qərb bölgəsi üzrə beynəlxalq kartinqdə çıxış edib.

Yarış həftəsonu gərgin mübarizə ilə yadda qalıb, ümumilikdə 8 qəza qeydə alınıb. Buna baxmayaraq, Davin Cəfərov yaşından daha böyük yetkinlik, yüksək idarəetmə bacarığı və yarış intellekti nümayiş etdirərək hər üç yarışı səhvsiz və qəzasız başa vurub. Onun sabit və inamlı çıxışı yekunda birinci yerlə nəticələnib. Bununla da Davin Cəfərov yenidən podiumun ən yüksək pilləsinə yüksələrək motorsport dünyasında perspektivli pilot kimi mövqeyini daha da möhkəmləndirib.

Həmin kateqoriyadan