- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona” və Argentina millisinin əfsanəsi, hazırda “İnter Mayami”də oynayan Lionel Messi Kataloniyanın “Kornelya” klubunun sahibi olub.
Allsport.az saytı xəbər verir ki, bu barədə İspaniyanın 5-ci divizionunda çıxış edən klubun rəsmi saytında məlumat verilib.
8-qat “Qızıl top” mükafatının sahibi “Kornelya” şirkətinin səhmlərinin 100%-ni əldə edib. Bu akademiya Jordi Alba, David Raya, Keita Baldé və bir çox başqaları kimi oyunçular yetişdirib.