- Baxış sayı: 26
- 16 Aprel 2026 22:07
- Baxış sayı: 33
- Aprel 16, 2026
- 0

Bu gün paytaxtda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb. Allsport.az saytı xəbər verir ki, mötəbər tədbirin ikinci gününə liderlik bacarıqları və kommunikasiya mövzusunda müzakirələrlə start verilib.
Növbəti sessiyada Almaniya atletika federasiyasının nümayəndəsi Kristin Behrensin ənənəvi mühitdə liderlik dəyişiklikləri, layihə və insan resurslarının idarə olunması mövzusunda çıxışı dinlənilib.
Ardınca Finlandiya atletika federasiyasının prezidenti Riikka Pakarinen rəhbərlik etdiyi qurumun maliyyələşdirmə modelləri ilə bağlı təcrübəsini bölüşüb.
Sonda Avropa Atletikasının CEO-su Kristian Milz iki gün davam edən tədbirin yekunları barədə danışıb, təşkilatçılara və iştirakçılara təşəkkürünü çatdırıb. Bakının ilk dəfə ev sahibliyi etdiyi konfransda 32 ölkədən 50 nümayəndə iştirak edib.