- Baxış sayı: 51
- 22 Mart 2026 14:21
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Böyük Dəbilqə”nin beşqat qalibi, tennisçi İqa Şvyontek WTA turnirlərində son 50 qarşıdurmasının ilk görüşündə uduzmur.
Allsport.az xəbər verir ki, polşalı sonuncu dəfə 2021-ci ildə Meksikanın Qvadalaxara şəhərində keçirilən final turnirində yunanıstanlı Mariya Sakkariyə uduzub.
Fevralın 10-da dünyanın ikinci raketkası Dohada keçirilən yarışın üçüncü mərhələsinə yüksəlib. O, ikinci mərhələdə yunan tennisçisi Mariya Sakkariyə 6:3, 6:2 hesabı ilə qalib gəlib. Mükafat fondu 3,664,963 dollar olan yarış 15-də bitəcək. Şvyontek yarışın mövcud çempionudur.