Qadın boksçulara antidopinq təlimi

Azərbaycan boks federasiyasının qadınlardan ibarət yığma komandası üçün antidopinq maarifləndirmə seminarı keçirilib.

Allsport.az xəbər verir ki, antidopinq təhsili və məlumat proqramı idmançılara hüquq və vəzifələrini öyrənməkdə kömək etmək üçün xüsusi olaraq hazırlanmışdır.

Seminarda təmiz idman dəyərlərinin idmanın bütövlüyünün qorunması üçün nə qədər önəmli olduğunu idmançıların diqqətinə çatdırılıb.

İdmançı, köməkçi heyəti, həkim, kim olmasından asılı olmayaraq, idman ictimaiyyətinin hər bir nümayəndəsi təmiz idmanı qorumaq yolunda məsuliyyət daşıyır. İstənilən formada dopinq halı təmiz idmanın ruhuna və idmançının imicinə kölgə salır.

Həmin kateqoriyadan