- Baxış sayı: 30
- 16 Oktyabr 2026 23:51
- Baxış sayı: 102
- Oktyabr 16, 2026
- 0

Azərbaycan respublikası xüsusi olimpiya komitəsinin qadınlardan ibarət birləşmiş futbol yığması Fransanın paytaxtında keçirilən dünya kubokunun qalibi olub.
Allsport.az xəbər verir ki, yığmamız final görüşündə ABŞ-ın xüsusi olimpiya millisi ilə üz-üzə gəlib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan millisi rəqibini 3:2 hesabı ilə məğlub edərək dünya çempionu adını qazanıb.