- Baxış sayı: 63
- 27 Noyabr 2026 23:57
- Baxış sayı: 299
- Noyabr 26, 2026
- 0

“İnter”in müdafiəçisi Alessandro Bastoni zədə səbəbindən 1 aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.
Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu sol ayaq əzələsindən zədə alıb. Bastoninin bərpası təxminən üç həftə çəkəcək.
İtaliyalı oyunçu UEFA çempionlar liqasının əsas mərhələsinin V turunda “Ştutqart”a qarşı keçirilən matçda zədələnib. O, görüşün 41-ci dəqiqəsində əvəzlənməsini istəyərək meydanı tərk edib.
“İnter”in baş məşqçisi Kristian Kivu müdafiəçinin dekabrın 18-də “A” seriyasında “Leççe”yə qarşı keçiriləcək oyuna və ya dekabrın 22-də “Latsio” ilə İtaliya Superkuboku matçına qədər sıraya dönəcəyinə ümid edir.
Bastoni cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib və 1 qol vurub.