- Baxış sayı: 63
- 27 Noyabr 2026 23:57
- Baxış sayı: 299
- Noyabr 26, 2026
- 0

“Neftçi” premyer liqanın XIII turunda öz meydanında “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Yuri Vernidub bunu deyib:
“Futbolçularımızın oyuna yanaşmaları çox xoşuma gəldi. Matçı iki hissəyə bölsək, ilk hissə tamamilə bizim nəzarətimiz altında keçdi. Erkən qol vurduq, amma bir neçə epizoddan da faydalana bilmədik. İkinci hissədə isə 15-20 dəqiqə bərabər səviyyəli oyun alındı. Sonra futbolçularımız qol buraxmamaq üçün daha çox müdafiədən oynadılar. Qələbə hesabını qoruya bildik ki, bu da bizim üçün çox vacib idi. Komandamızın hər bir üzvünə minnətdaram ki, böyük əmək sərf edib qalib gəldilər. Əgər öz üzərlərində belə işləməyə davam etsələr, biz daha gözəl oyun nümayiş etdirib daha yaxşı nəticələr qazanacağıq”.