- Baxış sayı: 63
- 27 Noyabr 2026 23:57
- Baxış sayı: 299
- Noyabr 26, 2026
- 0

“Mançester Yunayted” kapitan Bruno Fernandeşin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırıb.
Allsport.az xəbər verir ki, Portuqaliya millisinin üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
“Mançester Yunayted” Bruno Fernandeşi 2020-ci ilin yanvarında “Sportinq”dən 65 milyon avroya transfer edib. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.