- Baxış sayı: 204
- 26 Noyabr 2026 21:40
- Baxış sayı: 449
- Noyabr 26, 2026
- 0

“Sərhədçi” idman mərkəzində keçirilən dünya çempionatında pankrationçuların çıxışlarına yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən gərgin mücadilələrdə 15 yaşlı oğlanlarda Həşim Rəhimli (66 kq) qızıl, Elmir Əmirov (57 kq) gümüş, Rəvan Ədalətli (53 kq), Yusif Məcidli (66 kq), İbrahim Şıxəliyev (77 kq), Əli Qəribov (84 kq) və Məhəmməd Rüstəmli (+84 kq) bürünc medal qazandılar.
Bu yaş dərəcəsində qızlarda Samirə Qasımova (53 kq) 2-ci, Fidan Əliyeva (62 kq) 3-cü oldular.
17 yaşlı yeniyetmələrdə Amin Təhməzov (57 kq) baş mükafata yiyələndi. Kənan Əliyev (57 kq) və Əli Məmmədov (71 kq) gümüş, Salman Pirili (62 kq), Kamran Həsənov (84 kq), Balaqardaş Dadaşzadə (100 kq), Telman Tarverdiyev (120 kq) və qızlarda Fatimə Babayeva (50 kq), Ayan Gülməmmədli (53 kq) bürünc mükafata sahib çıxdılar.