“Çıxan xəbərlər reallığı əks etdirmir”

“Çıxan xəbərlər reallığı əks etdirmir”

“Komo”nun baş məşqçisi Ses Fabreqas adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

Allsport.az xəbər verir ki, mütəxəssis gələcəklə bağlı hələlik plan qurmadığını deyib:

“Bu günü yaşayan insanlardanam. Gələcəyi düşünmək bəzən insanı yaxşı yerlərə aparmır. “Barselona” mənim üçün xüsusi klubdur. Orada böyümüşəm, orada hər kəsi tanıyıram. Amma indiki məqamda çıxan xəbərlər reallığı əks etdirmir. Hazırda “Komo”dayam və məsuliyyətimi bilirəm. Gələcəyi düşünmürəm”.

“Komo” Fabreqasın başçılığı altında tarixində ilk dəfə çempionlar liqasına yüksəlib. “A” seriyası təmsilçisi 5 turdan sonra 12 xalla 3-cü sıradadır.

Həmin kateqoriyadan