- Baxış sayı: 64
- 27 Noyabr 2026 23:57
- Baxış sayı: 299
- Noyabr 26, 2026
- 0

“Şəfa” premyer liqanın XIII turunda səfərdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Zaur Həşimov bunu deyib:
“Öncə onu qeyd edim ki, qələbəyə hava və su kimi ehtiyacımız vardı. Futbolçular sağ olsunlar, əllərindən gələni, bacardıqlarından daha artığını etdilər ki, bu oyunda qələbə qazanaq. Şükürlər olsun ki, 3 xal qazana bildik.
Fikrimcə, oyun gərgin alındı. Əsas da birinci hissədə üstünlüyümüz var idi. Bunu hesabda da reallaşdıra bildik. Təəssüf ki, yenə standart vəziyyətdən top buraxdıq. İkinci hissədə futbolçular vuruşdular, əks-hücumda üçüncü qolu vurub qələbə qazana bildik”.