“Kaş ki, məni də belə qoruyaydılar” 

“Kaş ki, məni də belə qoruyaydılar” 

Braziliya millisinin sabiq hücumçusu Ronaldo indiki futbolçuların meydanda daha yaxşı qorunmasına münasibət bildirib.

Allsport.az xəbər verir ki, o, öz karyerası dövründə futbolçuların indiki kimi müdafiə olunmamasından təəssüfləndiyini deyib:

“Kaş ki, məni də indiki futbolçular kimi qorusaydılar. O vaxt çox əziyyət çəkirdik. Bizim nəslimizdə hər yerdə əsl qatillər var idi. Harada oynamağa getsəydim, belə futbolçularla qarşılaşırdım və bizi heç kim müdafiə etmirdi.

İndi, Allaha şükür, futbolçuları daha yaxşı qoruyurlar və bu, düzgün yanaşmadır. Sadəcə, mənim dövrümdə belə müdafiənin olmamasına təəssüflənirəm”.

Həmin kateqoriyadan