- Baxış sayı: 92
- 27 Noyabr 2026 21:21
- Baxış sayı: 449
- Noyabr 26, 2026
- 0

Ermənistanın (Dərəçiçiçək) Saxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında deflimpiya komitəsinin baş katibi Namiq Novruzov və şöbə müdiri Heydər Rəhimlinin müşayiəti, yığmanın baş məşqçisi İslam Cəfərov və köməkçi məşqçi Hüseyn Hüseynovun rəhbərliyi ilə millimiz uğurlu çıxış edib.
Allsport.az saytı xəbər verir ki, Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) bürünc medala yiyələnib. Ceyhun İsazadə 2 yaş dərəcəsində fərqlənib. O, gənclərdə 60 kq, böyüklərdə 63 kq çəkilərdə 3-cü olub. İslam Rzayev (130 kq) gənclər arasında gümüş medal qazanıb.