Qadın sablyaçı millimiz Avropanın 8 ən güclü komandası sırasına düşüb

Xəbər verdiyimiz kimi, Polşanın Torun şəhərində qılıncoynama üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan komandaları da mübarizə aparıblar. Sablyaçı qadınların yarışında ölkəmiz Səbinə Mikina, Sevil Bünyatova, 17 yaşlı Nərminə Cəfərova və 15 yaşlı Aysel Əhədova çıxış ediblər. Adı son 2 çəkilən idmançılar «EnerMech» klubunu təmsil ediblər.

AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədov allsport.az saytına açıqlamasında deyib ki, komanda yarışında millimiz bütün gücünü Almaniyaya qarşı qoyub. Görüş vaxtı 24:30 uduzmağımıza rəğmən, axırıncı dövrədə Səbinə 5:3, Sevil 10:4 və Nərminə 6:5 hesabları ilə qalib gələrək, umumi nəticəni xeyrimizə bitiriblər – 45:42. Bununla da sablyaçılarımız qitənin 8 ən güclü kollektivi sırasına düşüblər. Sonra millimiz olimpiya çempionu Ukrayna, İspaniya və İtaliyaya məğlub olaraq, elg 8-ci yerdə qalıblar. Bu nəticə ilə debütantlar – Nərminə Cəfərova və Aysel Əhədova idman ustası normasını yerinə yetiriblər.

Kişilərin sablya  yarışında Azər Tağıyev, şpaqada Elmira Xudaverdiya və Kənan Əliyev hərəyə yalnız 2 görüşdə fərqlənə biliblər. Komandalarımız bu gün gecə Vətənə dönürlər.

kenan 13522684_1135923373138249_2033866771_n 13516343_1106589646055545_5133713939070740503_n 13494816_1106624366052073_9122883218195608654_n

Həmin kateqoriyadan