- Baxış sayı: 100
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Xorvatiyanın Poreç şəhərində yeniyetmə və gənclərin Avropa birinciliyində gənc qılıncoynadanların mübarizəsinə start verilib. Allsport.az xəbər verir ki, gənc kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov 100-dən çox iştirakçı arasında yekun sıralamada 9-cu olub.
Digər kişi şpaqaçılarımızdan Fərrux Səfərov 22, Xalid Əliyev 34, Barat Quliyev isə 53-cü sırada qərarlaşıb.
Qadın sablyaçıların şəxsi yarışında yeganə təmsilçimiz Aysel Əhədova 1/16 finala qədər irəliləsə də, rus idmançıya uduzub.