Qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib

Allsport.az xəbər verir ki, Azərbaycan texniki universitetinin idman sarayında keçirilən yarışın ilk günündə qılıncoynatmanın sablya növü üzrə qaliblər müəyyənləşib.

Ölkə çempionatı idmançıların paradı və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ümumilikdə 90 iştirakçı sablya növü üzrə yarışda mübarizə aparıb.

Sablya.

Kişilər, şəxsi.

1-ci yer. Saleh Məmmədov

2-ci yer. Murad Əkbərov

3-cü yer. Rəsul Əliyev, Abbas Hüseynov.

Qadınlar, şəxsi.

1-ci yer. Səbinə Kərimova

2-ci yer. Palina Kaspiaroviç

3-cü yer. Valentina Zeynalova, Zərifə Hüseynova.

Gənclər və idman nazirliyi və Azərbaycan qılıncoynatma federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ilk yarış gününün qalib və mükafatçıları diplom və medallarla təltif olunublar. Ölkə çempionatına bu gün şpaqaçıların şəxsi yarışda çıxışı ilə yekun vurulacaq.

Həmin kateqoriyadan