- Baxış sayı: 100
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Qahirədə qılıncoynadanların dünya birinciliyi davam edir.
Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə yeniyetmə sablya millimizin üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində bürünc medal qazanıb.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran idmançımız 1/16 finalda yerli Adel Əldokşa (15:8), ardınca özbəkistanlı Jasmina Abdullayevanı (15:11) məğlub edib. 1/4 dinalda koreyalı Li Yunseo üzərində 15:6 üstələyən Zərifə, bürünc medalı özünə təmin edib.
O, yarımfinalda dünya birinciliyinin qalibi ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub. Bu Azərbaycanın qılıncoynatma tarixində sablya üzrə yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.
Öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində eyni yarışda həmin nəticəni göstərib.