- Baxış sayı: 76
- 03 Dekabr 2024 14:59
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Bu gün paytaxtda “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun təsis etdiyi “My Class” fitnes klubu fəaliyyətə başlayıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, milli məclisinin sədr müavini Adil Əliyev, kiçik və orta biznesin sahibkarlığı agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal miqyasda gəlirli sektorlardan olan sağlamlıq biznesinin ölkəmizdə də inkişaf etdiyini, bu sahədə xeyli sayda KOB subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Agentlik sahənin inkişafını və yeni sahibkarlıq obyektlərinin yaradılmasını KOBİA-nın dəstək və xidmətləri çərçivəsində dəstəkləməkdə davam edəcək.