- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Rio-2016-da taekvondoçuların mübarizəsinə yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində son olaraq Radik İsayev (+80 kq) dayanq üzərinə çıxıb. O, 1/8 finalda qazaxıstan Ruslan Japarovu üstələyib – 11:2.
Sonra dünya və Avropa çempionumuz koreyalı Dongmin Ça ilə qarşılaşıb. Gərgin mücadilərə təmsilçimiz Pekin olimpiadasının qalibini məğlub edib – 12:8.
Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə döyüşüb. Hesabda geridə olmasına rəğmən, Radik İsayev bu görüşdən də qalib ayrılıb – 4:1. Finalda taekvondoçu nigerli Abdulrazaq İssoufou ilə üz-üzə gələcək. Səhər saat 05:15-də başlayan döyüşdən həmterlimiz qalib gələrək, həm tarix qazıb, həm də olimpiya millimizi qızıl medalsız qoymayıb – 6:2.
Milli üzvünün qələbəsi bu idmanda yeni səhifə açıb. İndiyədək olimpiya oyunlarında taekvondoda medal qazana bilməyən Azərbaycan, Rio-2016-da birdən-birə 3 medal qazanıb. Çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medala yetişiblər. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib. Radik İsayevin finala çıxması yeni uğurdur.